İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda namus üstündə qətl - Qəbiristanlığa aparıb bıçaqladı - FOTO

Azərbaycanda namus üstündə qətl törədilib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovu bıçaqlayıb.

Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisəni törədən şəxs 44 günlük müharibə iştirakçısıdır. Qətlin namus üstündə törədildiyi deyilir. Belə ki, öldürülən şəxs bibisinin gəlninə sataşıb. Əliəkbər də qəsəbədə onu maşına mindirib aparıb qəbiristanlıq tərəfdə bıçaqlayıb. O, daha sonra oğlanı xəstəxanaya çatdırsa da, Rüfət Rüstəmov yoldaca keçinib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR