İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda istedadlı gəncin icad etdiyi velo-maşın hər kəsi heyrətləndirdi - VİDEO

Şəkidə yeniyetmənin icad etdiyi nəqliyyat vasitəsi eşidən hər kəsin marağına səbəb olur. 10-cu sinif şagirdi velosiped kimi idarə olunan, amma avtomobil kimi sükanı, dörd təkəri olan nəqliyyat vasitəsi hazırlayıb.

Musavat.com xəbər verir ki, onun hazırladığı nəqliyyat vasitəsi velo-maşın adlandırılır. Bu nəqliyyat vasitəsini həm də benzinlə işlətmək mümkündür.

İcadın müəllifi Şəkinin Oxut kənd orta məktəbinin 10-cu sinif şagirdi Fuad Mustafazadədir. O, bu günə kimi bir çox texniki vasitələr icad edib. Yeni icadı olan velo-maşını hazırlamaq üçün 500 AZN xərcləyib.

Ətraflı ATV-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR