İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda həyat yoldaşının dəm qazından zəhərləndiyini eşidən kişi qəfildən vəfat edib

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Musavat.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR