Onlayn ictimai-siyasi qəzet
Martın 19-u saat 14:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Beyləqanda 22 m/s, Kəlbəcərdə 21 m/s, Neftçalada 20 m/s, Sabirabad və Şahdağda 17 m/s, Laçında 16 m/s, Biləsuvar, Lerik və Şirvanda 15 m/s-dək güclənib.
Zaqatala, Qusar, Balakən, Qax, Şəki, Ceyrançöl, Tovuz, Gəncə, Göygöl, Oğuz, Mingəçevir, Yevlax, Gədəbəy, Qəbələ, Quba, Şəmkirdə fasilələrlə yağış yağır. Şahdağda isə arabir qarın yağması müşahidə olunur.
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ