Onlayn ictimai-siyasi qəzet
3000, 5000, 7000 manat...
İstəkdən asılı olaraq isə daha bahalı qəbir daşları sifariş edilir.
Qəbir daşlarının qiyməti sözün əsl mənasında "dodaq uçuqladır".
Buna səbəb bəzi qranit və mərmərlərin xarici öləkərdən gətirilməsidir. Bu işlə mə şğul olan müəssisələrdən birinin direktoru Anar Qafarov deyir ki, mərmər və qranitlər əsasən ölkəyə Avropa ölkələrindən, Ukrayna, Türkiyə, İran və Hindistandan gətirilir.
Qiymətlər də daşın istehsal olduğu ölkələrə görə dəyişir.
Anar Qafarov deyir ki, faktiki olaraq ən çox tələb ukrayna istehsalı olan daşlaradır. Qəbir daşları əsasən dəst sifariş edilir
Yerli daşlar isə nisbətən ucuzdur. Elə buna görə də, ən çox tələb yerli istehsal olan daşlaradır.
Müsahibimiz deyir ki, bəzən vəfat edən şəxslərin yaxınları qəbrüstü abidə sifariş edir. Bu zaman qiymətlər daha baha olur.
Anar Qafarov onu da qeyd etdi ki, bəzən abidə üçün 50 min manata qədər pul xərcləyənlərə də rast gəlinir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ