İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşətli QƏZA: ölən və yaralananların kimliyi bilindi - FOTO

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Musavat.com report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Cəlilabad rayonunda baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1965-ci il təvəllüdlü Göytəpə şəhər sakini Əyyub Əsədov ölüb, yük avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Orxan Səfərov isə yaralanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR