İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bəzi avtomobillər UCUZLAŞDI - VİDEO

Maşın bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.

Xezerxeber.az-ın məlumatına görə, mərkəzin keçirdiyi monitorinqə əsasən, ucuzlaşma əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır. 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8,2 faiz azalıb.

Bəs bu tendensiya hansı müddətə qədər davam edəcək?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, bu proses gözlənilən idi.

Ekspertin fikrincə, ucuzlaşma tendensiyası davam edəcək.

Qeyd edək ki, Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin maşınların qiyməti dəyişməyib.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR