Onlayn ictimai-siyasi qəzet
Cəlilabad rayonunda iki minik avtomobili toqquşub.
Musavat.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "BMW" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb və bir nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ