İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vəkil korpusu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Dekabrın 28-də "Vəkil Günü" peşə bayramı münasibətilə ənənəvi olaraq Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib.

Vəkillər Kollegiyasının Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata əsasən, Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.  

Daha sonra Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd olunur.

Musavat.com

XİYAB 1.jpeg (2.13 MB)

XİYAB 2.jpeg (2.23 MB)

XİYAB 3.jpg (8.23 MB)

 

XİYAB 4.jpeg (1.46 MB)

XİYAB 5.jpg (7.84 MB)

XİYAB 6.jpg (6.27 MB)

XİYAB 7.jpg (8.57 MB)

XİYAB 8.jpg (3.87 MB)

XİYAB 9.jpg (5.07 MB)

XİYAB 10.jpg (6.98 MB)

XİYAB 11.jpg (4.56 MB)

XİYAB 12.jpg (4.62 MB)

XİYAB.jpg (5.72 MB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR