İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qərbi Zəngəzura “xüsusi qrup” göndərib? - Ordumuz həyəcan siqnalı ilə qaldırıldı - detallar Üzeyir Cəfərovla CANLIda

Ermənistan mediasında Azərbaycanın Qərbi Zəngəzur bölgəsinə ekoloji qrup göndərdiyinə dair iddialar irəli sürülür. Bu iddia Çexiyanın “Arnica” təşkilatı ilə bağlıdır. Erməni mediası bu təşkilatı Azərbaycana işləməkdə ittiham edir və onların rəsmi Bakı tərəfindən göndərildiyini iddia edir.

“Hraparak” nəşri yazır ki, “Arnica” təşkilatı Ermənistanda “Ecolur” QHT-si ilə əməkdaşlıq edir. Dekabrın 14-də keçirilən konfransda “Arnica” “Ermənistanın dörd mədən icmasında ağır metalların yayılmasının biomonitorinqi və xəritələşdirilməsi” hesabatı təqdim olunub.

“Belə görünür ki, təşkilat son iki ildə Ermənistanda məlumatlar toplayıb, ərazilərin xəritələrini çıxarıb. Bütün bu fəaliyyətini Azərbaycanla sərhəd ərazisində, Ermənistan üçün strateji olan bölgələrdə edib. Təşkilat əsasən Metsamor AES-in, Zəngəzur və Agarək mis-molibden kombinatlarının, eləcə də Qafandakı metalların zənginləşdirilməsi kombinatlarının bağlanmasını tələb edir. “Arnica”nın Ermənistanda əməkdaşlıq etdiyi təşkilatlar “Ecolur” və “İcmalara inteqrasiya və dəstək” QHT-ləridir. “Ecolur”un rəhbəri İnqa Zarafyan Azərbaycan mediasına müsahibə verərək, bölgədə erməni şirkətlərin ekosistemi məhv etdiyini bildiriblər”, - nəşr yazır və iddia edir ki, bütün bunlar – “Arnica”nın Ermənistanda fəaliyyəti Azərbaycan kəşfiyyatının işidir.

44 günlük müharibədən sonra Ermənistanda Azərbaycan kəşfiyyatı ilə bağlı belə iddialar zaman-zama gündəmə gəlir. Bu da belə iddiaların davamıdır. Ermənistanın bölgənin ekosistemini məhv etməsi faktı bütün dünyada ictimailəşib. 20 ildən artıq fəaliyyət göstərən Çexiyanın “Arnica” təşkilatı da öz missiyasına uyğun olaraq, ekoloji fəalkət riskinə qarşı mübarizə aparır.

2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib.
Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib.
Meşəlik ərazilərdə keçirilən taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR