İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti: "Qazaxıstanın “Altın kıran” ali ordeninə layiq görülməyim mənim üçün böyük şərəfdir"

Qazaxıstanın “Altın kıran” ali ordeninə layiq görülməyim mənim üçün böyük şərəfdir.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı deyib.

"Biz artıq ikitərəfli münasibətlərimizin geniş gündəliyinə, beynəlxalq problemlərə dair çox ətraflı söhbət etdik və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük. Əlbəttə, Sizə təşəkkür etmək istərdim ki, dəvətimizi qəbul etmisiniz və ölkəmizə rəsmi səfər edirsiniz. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək.

İlk növbədə, artıq nümayəndə heyətlərinin iştirakı ilə məni Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeni ilə təltif etdiyinizə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir və mən bunu xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın münasibətlərimizin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət hesab edirəm", - Azərbaycan Prezidenti bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR