Onlayn ictimai-siyasi qəzet
Misli Premyer Liqasında legioner limiti ləğv olunub.
Musavat.com-un məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
2025/2026 mövsümündən çempionatda legioner limiti tətbiq olunmayacaq.
Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer ala bilər. Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.
Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) manat
8-dən 12-yə qədər: 10000 (on min) manat
13-dən 15-ə qədər: 100000 (yüz min) manat
16 və daha yuxarı: 200000 (iki yüz min) manat
Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.
Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ