İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan post-Putin dövrünə hazırlaşır, yoxsa Rusiyaya yaxınlaşır?

ABŞ və Fransa ilə gərginlik Azərbaycanın Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak dövrünə təsadüf edir; Qərbə tənqidlər Rusiya ilə yaxınlaşma hesab edilə bilərmi?

ABŞ və Fransa səfirliklərinin Şuşadakı beynəlxalq konfransa qatılmamasından sonra Bakının bu iki paytaxtla münasibətlərindəki gərginlik ciddi müzakirə mövzularından biri olaraq qalır. Təbii ki, mövzu varsa, ən müxtəlif versiyalar da var...   

 “Yeni Müsavat” yazır ki, məsələn, siyasi şərhçisi Azər Qasımlı hadisələri fərqli qiymətləndirib. Onun fikrincə, Azərbaycan müəyyən mənada post-Putin dövrünə hazırlaşır: “Həmin dövrdə də xarici siyasətin yeni strategiyası hazırlanmalıdır. Bu strategiyaya Turan birliyi, türkçülük, Böyük Azərbaycan mövzuları aiddir. Türkiyə ilə belə yaxınlaşma, Qazaxıstan prezidentinin Azərbaycana gəlməsi, İlham Əliyevin Özbəkistana səfəri, Turanla bağlı təbliğat baş verir”. Ekspertə görə, Qərb səfirliklərinə tənqidlər Azərbaycan baş nazirinin Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etdiyi dövrə təsadüf edir. Bəzi ehtimallara görə, Bakının Rusiyanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyası mümkündür.

Amerikalı analitik İrina Tsukerman isə bildirib ki, Fransa erməni diasporasının təzyiqinə görə öz maraqlarını arxa plana atsa da, aydın deyil ki, ABŞ-ın bu addımı Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bütün siyasi məsələnin rədd edilməsi kimi qiymətləndirilməlidir, yoxsa əksinə üçüncü tərəfləri (Ermənistanı) qəzəbləndirməkdən çəkindiyi üçün belə qərar verilib. “Belə aydın olur ki, ABŞ Şuşa prosesinə iki müstəqil ölkə arasında ikitərəfli münasibətlər məsələsi kimi deyil, onun daha geniş geosiyasi narahatlıqlarına xələl gətirə biləcək regional proksi müharibəsi kimi yanaşır və ondan tamamilə kənarda qalmağa üstünlük verir”, - deyə o bildirib. Aydındır ki, Azərbaycan Qərblə münasibətlərində əsas siyasi xətt olaraq Qarabağı götürür. Yəni Qarabağa münasibətdə Ermənistanı dəstəkləyən dövlətlərə zaman-zaman sərt mövqe bildirir. Bu, elə Rusiyaya da aiddir. Amma indi dünyada yaranmış gərginlik fonunda Bakının hər hansı addımının, bəyanatlarının diqqət çəkməsi də başadüşüləndir.

ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı istefa verib - BBC News  Azərbaycanca

Azər Qasımlı 

Bəzi analitiklər isə bu qənaətdədir ki, post-Putin dövrü 2024-cü ildən başlaya bilər. Həmin il Rusiyada prezident seçkiləri keçiriləcək və ölkənin taleyi müəyyən olunacaq. Amma buna qədər Ukrayna müharibəsinin nəticələri də Putin hakimiyyətinin müqəddəratını təyin edə bilər - qələbəsi ömrünü uzadacaq, məğlubiyyətə bənzər nəticə isə Kremldə saraydaxili çəkişmələri kəskinləşdirəcək. Azərbaycan isə hər iki ssenariyə hazır olmalıdır. Hərçənd Putinsiz dönəm mürəkkəb ola bilər, sadəcə, Rusiyanın ənənəvi siyasəti dəyişməyəcək. Amma bu gün Rusiya ilə olan münasibətlərin inkişafı, 22 fevralda imzalanan Moskva bəyannaməsi Bakının da Qarabağ mövzusunda bir sıra şərtlərinin reallaşmasını sürətləndirir. Rusiyanın “Qisas” əməliyyatına, Laçının boşaldılmasına təmkinli reaksiyasızlığı da belə düşünməyə əsas verir ki, Putin Bakıdan razıdır. Təbii ki, Ukrayna müharibəsində tutduğumuz mövqe, sanksiyalara qoşulmamaq Rusiyanı qane edə bilər. Amma Qərbin də xoşuna gəlməyə bilər. Halbuki Bayden məktublarında Azərbaycanın Ukraynaya humanitar dəstəyini təqdir etmişdi. O zaman bəs əslində nə baş verir? Azərbaycanın xarici siyasətində ciddi dəyişiklik hiss edilirmi? Qərbə sərt mövqe sərgiləmək, Rusiya ilə yaxınlaşma hesab edilə bilərmi? Ümumiyyətlə, kənardan necə görünür, Azərbaycan post-Putin dönəminə hazırlaşır, yoxsa Rusiya ilə daha da yaxınlaşmağa üstünlük verir? Hazırda ABŞ və Fransanın bizə münasibəti Rusiya ilə olan əlaqələrimizdən irəli gəlirmi?

Qarabağda nə baş verir - Mühüm AÇIQLAMA Manset.az

Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, Bakının Kremllə yaxınlaşması fikirlərini bölüşmür. Onun fikrincə, Azərbaycan çoxşaxəli xarici siyasət aparır və bu da ölkənin milli maraqlarına hesablanıb: “Səfirlərə tənqidlər konkret fakt əsasındadır. Biz uzun müddətdir ki, ABŞ və Fransa səfirlərinin iki ildir azad edilən, həmin dövlətlərin Azərbaycan ərazisi kimi tanıdığı yerlərdə keçirilən tədbirlərdə iştirakdan yayındığını görməkdəyik. Eləcə də son zamanlar süni şəkildə Minsk Qrupunu reanimasiya etmək təşəbbüsləri var və əlbəttə ki, bu da haqlı tənqidlərə səbəb olur. Ona görə Azərbaycanın Qərbdən uzaqlaşıb Rusiyaya yaxınlaşmasını müşahidə etmirik. Sadəcə, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin olunması üçün siyasət aparır. İndi səfirlər Şuşaya getmirlərsə, deməli, tənqidi haqq edirlər. Mənə elə gəlir ki, bu məsələdə daha da qəti addımlar atmağımıza ehtiyac var”.

Partiyalar büdcədən maliyyələşsin - Arzuxan Əlizadə | Hafta.az

AMİP sədri Arzuxan Əlizadə də səfirlərin tənqid olunmasını öz addımları ilə əlaqələndirdi: “Onlar haqlı olaraq hədəfə gəliblər. Artıq növbəti dəfədir ki, Şuşa səfərindən imtina edirlər. Həmçinin Minsk Qrupunu dirçəltmək cəhdləri ictimaiyyətin, siyasətçilərin və rəsmi Bakının etirazına səbəb olur. Amma Rusiya ilə yaxınlaşmaya gəldikdə, bizim öz maraqlarımız var. Xüsusən son dövrlər bu istəklərimiz daha qabarıq şəkildə özünü büruzə verir. Sadəcə, Rusiyanın neytrallığı həm bölgədə Türkiyə faktorunun olmasıdır, həm də Ermənistanda Sorosun adamının iqtidara gəlməsidir. Əslində Ermənistan bu gün də Rusiyanın forpostudur, Paşinyan hər nə qədər özünü qərbpərəst göstərməyə çalışsa da, reallıq bundan ibarətdir. Eyni zamanda Rusiyanın Qərblə əlaqələrinin kəsilməsi Türkiyə və Azərbaycanla münasibətlərdə daha korrekt olmasına gətirib çıxarıb və bu vəziyyətdən düzgün olaraq istifadə etməkdəyik”. A.Əlizadənin zənnincə, Moskva ilə münasibətlərdə yürüdülən siyasət çox normaldır və Azərbaycan dövlətinin addımları kifayət qədər uyğundur: “Laçının vaxtından tez boşaldılması, dəhlizin bağlanması, yüksəkliklərin nəzarətə götürülməsi onu deməyə əsas verir ki, aparılan siyasət doğrudur, belə də davam edilməlidir. Azərbaycan regionda gedən proseslərdən irəli gələrək öz dövlət maraqlarını əsas tutub siyasətini aparmalıdır. Bu gün Rusiya ilə yaxınlaşma görüntüsünün olmasına, Avrasiya İqtisadi Birliyinin toplantısında iştiraka da bu kontekstdə baxılmalıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR