İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan klubunun baş məşqçisi itkin düşüb? - FOTO

Kazan "Rubin" klubunun sabiq baş məşqçisi Kurban Berdıyev bir müddətdir yoxa çıxıb.

Bu barədə Sport24 məlumat yayıb.

Hazırda Azərbaycan Premyer Liqasında "Turan Tovuz" klubuna rəhbərlik edən 72 yaşlı məşqçi Rusiyaya səfər etdikdən sonra klub rəhbərliyinin zənglərinə cavab vermir. Məlumata görə, iyun ayının əvvəlində Berdıyevin iştirakı ilə klub rəhbərliyi arasında görüş planlaşdırılmışdı. Lakin məşqçidən heç bir xəbər alınmayıb.

Məsələ ilə bağlı "Turan Tovuz" futbol klubu bəyanat yayıb.

Bəyanatda bildirilir ki, komandanın baş məşqçisi Kurban Berdıyev hazırda Azərbaycandadır:

"Mövsümün başa çatmasına baxmayaraq baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək və daha güclü heyət formalaşdırmaq üçün mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır. Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, Berdıyev 2024-cü ildə "Turan Tovuz"un baş məşqçisi təyin olunmuşdu. Ondan əvvəl isə Mahaçqala "Dinamo"sunda çalışıb. Təcrübəli məşqçi Kazan "Rubin"inin başında olduğu dövrdə iki dəfə Rusiya çempionu titulunu qazanıb, Rusiya Kubokunun sahibi olub və Çempionlar Liqasında "Barselona" üzərində "Kamp Nou" stadionunda tarixi qələbəyə imza atıb./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR