Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 910,3 milyon manat məbləğində investisiya yatırılıb.
Musavat.com Dövlət Statistika Komitəsinin hesabatı əsasında xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azalma deməkdir.
Hesabat dövründə nNeft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,0 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalıb.
İnvestisiyanın 8 milyard 138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard 66,5 milyon manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib.
İnvestisiyaların 11 milyard 434,8 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ