Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan-ABŞ münasibətlərinin pozulması Amerikaya nə verəcək? Azərbaycan Rusiya ilə, İranla qonşudur. Azərbaycan həm də Ermənistanla və Gürcüstanla qonşudur. Bunlar təkcə xəritə üzərində qonşuluq deyil. Bunlar strateji mövqe qonşuluğudur”.
Bu fikirləri Musavat.com-a açıqlamasında beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.
Ekspert bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin iqtisadi tərəflərindən, enerji təhlükəsizliyindən başqa ciddi hərbi əsasları var:
“Avropada müxtəlif mövqelər bu əlaqələrə təsir göstərməyə çalışırlar. Müxtəlif formada Azərbaycan-Avropa münasibətlərinin baltalanmasına çalışan böyük bir erməni camiəsi var, fransızlar da daxil olmaqla. Bayden dönəmində belə hansısa bir nöqtədə, hansısa bir məqamda ABŞ 2 dəfə düşünməli olub. Xatırlayırsınızsa, Blinken-Əliyev telefon təması və Ceyms Obrayenin Azərbaycana səfərinin qadağan edilməsi məsələsi var idi. Həmişə ən son məqamda Amerikanın milli maraqları işə düşür. Bu milli maraqlar onu Qafqazda Fransadan asılı vəziyyətə salıb. Milli maraqları ermənipərəst mövqelərinə qurban vermək onlara dividend gətirə bilməz”.
Əziz Əlibəylinin sözlərinə görə, Fransa onu da yaxşı qiymətləndirməlidir ki, Almaniya adında dövlət, son baş verən proseslər, o cümlədən “futbol diplomatiyası” üzərindən baxış daha ciddi bir Almaniya-Azərbaycan münasibətlərinin yeni müstəviyə çıxacağının və yeni əlaqələrin yaşanacağının siqnalıdır.
Aytən Novruz
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ