İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev seçicilərlə daha bir görüş keçirib

 
Azay Quliyevin seçicilərilə görüşləri uğurla davam edir.

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev avqustun 21-də Bakı Tennis Akademiyasında seçicilərlə daha bir görüş keçirib.

Himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Seçki Qərargahının rəhbəri Səlim Səlimov tədbiri açıq elan etdi: “Biz artıq 12 gündür ki, seçki kampaniyasını uğurla davam etdiririk. Qərargahımızın üzvləri və könüllüləri hər gün seçicilərə növbəti görüşlər barədə məlumat verir və onları Azay müəllimlə görüşə dəvət edir. Bu gün biz 7-ci görüşümüzü keçidirik. Təqdirə layiq haldır ki, havaların isti olmasına, görüşlərin intensivliyinə və istirahət dövrünə təsadüf etməsinə baxmayaraq siz seçicilər hər dəfə bu böyüklükdə olan idman zalını boş qoymursunuz, görüşlərdə məmnuniyyətlə iştirak edirsiniz. Hər görüşdən sonra bir daha əmin oluruq ki, seçiciləri Azay Quliyevə inanır və etimad göstərir. İnsanlar əvvəlki 4 ildə Azay müəllimin fəaliyyətindən razı qaldıqlarını həm fərdi görüşlərimizdə, həm də ümumi görüşlərimizdə dilə gətirirlər. Bu o deməkdir ki, seçicilərimiz 1 sentyabrda Azay Quliyevə səs verəcək”.

Daha sonra çıxış edən Azay Quliyev seçki kampaniyasının yarıdan çoxunun geridə qaldığını, bumüddətdə keçirilən görüşlərdə seçicilərin böyük dəstəyini hiss etdiyini bildirdi: “Bu dəstəyə görə sizlərə bir daha təşəkkürümü bildirirəm. Biz bu görüşləri pozitiv əhval ruhiyyədə keçiririk, çünki əvvəldən də qeyd etdiyimiz kimi, bu, həm də xalqımız üçün Zəfər seçkisidir. Qalib, suverenliyini tam bərpa etmiş Azərbaycanın vətəndaşlarının bu seçkilərə xüsusi önəm verməsinin də fərqindəyik. Biz əlbəttə görüşlərdə sosial problemlərdən də danışırıq. 1 sentyabrda yenidən sizin səsinizi alaraq deputat seçildikdən sonra hər bir məsələnin həlli istiqamətində birlikdə çalışacağıq. Bu gün isə əsas çağırış budur – 1 sentyabrda hamılıqla seçkidə iştirak edək”.

Sonda Azay Quliyev seçicilərə müraciət etdi və onların istənilən suallarına cavab verməyə və qaldırdıqları məsələləri müzakirə etməyə hazır olduğunu bildirdi. Seçicilər tərəfindən qaldırılan bütün suallar ətrafında maraqlı müzakirələr aparıldı. Çıxış edənlərin Azay Quliyevi yenidən deputat seçəcəkləri haqqında fikirləri görüş iştirakçılarının alqışları ilə qarşılandı.

“Birlikdə Güclüyük!"
 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR