İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Prezidentin sülhə məcburetmə tədbirləri bəhrəsini verməkdədir"

"Bu gün Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə üçtərəfli formatda keçirilən Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 təməl prinsipi əsasında Ermənistanla sülh sazişi layihəsinin hazırlanması və sentyabrda hər iki ölkənin xarici işlər nazirlərinin görüşərək ilkin mətn üzərində müzakirələrin təşkili haqqında razılığın əldə olunması gorüşün müsbət nəticəsi kimi qiymətləndirilməlidir".

Musavat.com xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın komitə sədri Azay Quliyev deyib.

O bildirib ki, noyabr ayında əldə olunan nailiyyəti dəyərləndirmək və növbəti məsələləri müzakirə etmək üçün təkrar görüşün keçirilməsi haqqında qərarın verilməsi isə Brüssel danışıqlar formatının ən uğurlu və işlək format olduğunu bir daha nümayiş etdirdi: "Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi "Brüssel Sülh Gündəliyi" və hər görüşdən öncə sülhə məcburetmə ilə bağlı gördüyü tədbirlər öz bəhrəsini verməkdə davam edir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR