Onlayn ictimai-siyasi qəzet
"“Caliber.az” saytı ABŞ Hərbi Hava Qüvvələrinin İrəvana silah və şəxsi heyətlə dolu iki hərbi təyyarə göndərdiyi haqda məlumat yayıb. Məlumatda təyyarələrin uçuş marşurutu və tarixi dəqiq qeyd olunub. Məlumatda o da bildirilir ki, hərbçilərin çoxu ABŞ Silahlı Qüvvələrində xidmət edən erməni əsilli şəxslərdir, diqqəti cəlb etməmək üçün onlar Ermənistan ordusunun geyimləri ilə təchiz olunublar. Bu fakt ABŞ-la Azərbaycan arasındakı tərəfdaşlıq münasibətlərini ciddi şəkildə zədələyir, ölkəmizin təhlükəsizliyinə və regiondakı sülh prosesinə təhdid yaradır".
Bunu deputat, ATƏT PA-nın Komitə sədri Azay Quliyev bildirib. O daha sonra qeyd edib: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını “arzulayan”, hər iki ölkənin xarici işlər nazirlərinin görüşünə dəfələrlə ev sahibliyi edən Bayden administrasiyası, xüsusilə, dövləti katibi Blinken bu ikiüzlü siyasəti və riyakarlığı necə izah edəcək?
ABŞ-ın hərbi cəhətdən Ermənistanda, özəlliklə İranla sərhəddə yerləşməsinə rəsmi Tehranın səssiz qalması və heç nə olmamış kimi İrəvanla dostluq əlaqələrini davam etdirməsi də suallar doğurur. Görəsən, az qala hər həftə “üçüncü ölkənin regiona müdaxiləsi yolverilməzdir ” bəyanatı ilə çıxış edən İran rəsmiləri indi, niyə susur?"
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ