İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-ın istifadə etdiyi "Heathrow"nun terminalı yenidən açılır

Londonun "Heathrow" beynəlxalq aeroportu “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin də istifadə etdiyi “Terminal 4”ü yenidən açır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu qərarda hava yolu şirkətlərinin tələbləri və sərnişin tələbindəki artım təsirli olub.

Qeyd edək ki, “Terminal 4”ü AZAL-dan başqa, “Air Algerie”, “Air Astana”, “Air Malta”, “Air Mauritius”, “Air Serbia”, “Bolqarıstan Hava Yolları”, “El Al – İsrail Hava Yolları”, “Etihad Hava Yolları”, “İTA Hava Yolları”, “Keniya Hava Yolları”, “Koreya Hava Yolları”, “Küveyt Hava Yolları”, “Malaysia Airlines”, “Oman Hava Yolları”, “Qətər hava yolları”, “Royal Air Maroc”, “Royal Bruney”, “Səudiyyə Ərəbistanı Hava Yolları”, “TAROM”, “Tunis Hava Yolları”, “Özbəkistan Hava Yolları” və “Vyetnam Hava Yolları” istifadə edir.

Xatırladaq ki, 2020-ci ilin may ayında "Heathrow"nun rəhbərliyi pandemiyanın təsiri ilə uçuşların dayandırılması və daha sonra sərnişin tələbatının olmaması səbəbindən “Terminal 4”ü bağlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR