İnsanlara hürriyət, millətlərə istiqlal!

Axtarışda olan 10 itkin tapıldı  

“Mayın 31 -də polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb”.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə, görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 13-də Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı qadın, mayın 7-də Qusar rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 17 yaşlı oğlan, mayın 14-də Gədəbəy rayonunun Maarif kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, mayın 17-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 20 yaşlı qız, mayın 24-də Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 24 yaşlı oğlan, mayın 25-də Xətai rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 39 yaşlı kişi, mayın 27-də Saatlı rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı kişi, mayın 29-da Binəqədi rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 35 yaşlı kişi, mayın 29-da Zaqatala rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, mayın 29-da Şəmkir rayonunun Abbaslı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 43 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR