İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriyada mer güllələnərək öldürüldü

Avstriyanın Kirhberq-ob-der-Donau şəhərində şəhərin uzun müddət meri olan Frans Hofer və başqa bir şəxs güllələnib. 

Musavat.com xəbər verir ki, hadisə haqqında məlumatı Almaniyanın “Bild” nəşri yayıb. 16 il ərzində şəhərə rəhbərlik etmiş Hoferin ölümündən sonra polis bir neçə yerli məmuru mühafizə altına alıb və ərazi mühasirəyə götürülüb.

Hadisə ilə bağlı olaraq, yerli 56 yaşlı sakin Roland Dreksler qətldə şübhəli bilinən şəxs kimi göstərilir. Avstriya mediasına görə, cinayətin arxasında ov hüquqları ilə əlaqəli münaqişələr ola bilər. Hadisənin bütün təfərrüatları hələ tam olaraq bəlli olmasa da, qurbanların sayının ikidən çox ola biləcəyi ehtimal edilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR