Onlayn ictimai-siyasi qəzet
Avstraliya hökuməti Ukraynaya göndəriləcək 49 ədəd M1A1 Abrams tankının görüntülərini əks etdirən video sosial şəbəkələrdə yayılıb.
Musavat.com xəbər verir ki, kadrlarda tankların böyük bir anbar sahəsində sıralandığı və göndərilməyə hazırlandığı müşahidə olunur.
Video Telegram-da @infantmilitario kanalında yayımlanıb və hərbi müşahidəçilər tərəfindən diqqətlə izlənib.
Bu tanklar Avstraliyanın Ukraynaya göndərdiyi yeni hərbi yardım paketinin bir hissəsidir. Paket ümumilikdə 980 milyon ABŞ dolları dəyərində qiymətləndirilir və Abrams tankları bu yardımın ən iri tərkib hissələrindən birini təşkil edir. Təkcə tankların dəyəri 160 milyon dollar olaraq göstərilir.
Göndərilən M1A1 Abrams tankları ABŞ istehsalı əsaslıdır və NATO standartlarına cavab verən yüksək hərəkət, atəş gücü və müdafiə qabiliyyətinə malikdir. Avstraliya bu tankları ABŞ-dan alaraq öz silahlı qüvvələrində istifadəyə vermişdi. İndi isə bu texnikanın böyük hissəsi Ukraynaya hərbi yardım çərçivəsində ötürüləcək.
Bu addım Avstraliyanın Ukraynaya hərbi dəstəyinin yeni mərhələyə keçdiyini göstərir. Xatırladaq ki, bundan əvvəl Avstraliya Ukraynaya Bushmaster zirehli maşınları, pilotsuz uçuş aparatları, sursat və digər növ silah-sursat göndərmişdi.
Hələlik Avstraliya Müdafiə Nazirliyindən rəsmi təsdiq və texniki təfərrüatlar açıqlanmasa da, yayılan görüntülər bu yardımın artıq yola salınma mərhələsində olduğunu göstərir.
Musavay.com-un təqdim etdiyi videoda Ukraynaya göndərilməsi planlaşdırılan 49 ədəd Abrams tankları anbar şəraitində sıraya düzülmüş vəziyyətdə görüntülənib.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ