İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada təbii qazın qiyməti 356 dollara enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 360 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

“APA-Economics” xəbər verir ki, 17 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 356 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (363,4 dollar) ilə müqayisədə 0,5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR