İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qaz anbarlarını doldurur – Hava Rusiyanın əleyhinə işləyir

Havaların mülayim keçməsi Avropada qaz anbarlarına ehtiyatların toplanması prosesində rekordun qeydə alınmasına səbəb olub. Musavat.com TASS-a istinadən xəbər verir ki, dekabrın 23-24-də anbarlara onlardan götürüləndən ikiqat artıq qaz vurulub.

Belə ki, Gas Infrastructure Europe –nin rəqəmlərinə əsasən dekabrın 23-də yeraltı anbarlardan 158 milyon kubmetr, 24-də isə cəmi 91 milyon kubmetr qaz götürülüb. əvəzində 25-də anbarlara 158 milyon kubmetr, 24-də isə 206 milyon kubmetr qaz vurulub.

Qeyd edək ki, Avropada istilik mövsümü 14 noyabrdan başlayıb. Ondan bəri anbarlardan 15.21 milyard kubmetr qaz götürülüb. Hazırda Avropanın qaz anbarları 82,98 faiz doludur, onlarda 89,92 milyard kubmetr ehtiyat var və bu, son 5 ilin orta göstəricisindən 11,25 faiz yüksəkdir. Ötən həftədən qitədə başlanan mülayim hava şəraitində anbarlara qaz vurmadan oradan istifadə edən ölkələrin sayı minimuma düşüb. Bundan əlavə, küləkli havaların üstünlük təşkil etməsi nəticəsində külək enerjisinin Avropanın ümumi təchizatındakı payı 20 faiz ətrafındadır.

Sinoptiklər belə havanın yeni ilin əvvəlinədək davam edəcəyini proqnozlaşdırırlar. Bu isə Avropa ölkələrinə anbarlardakı ehtiyatları artırmaq imkanı yaradır.

Hazırda qitənin maye qaz terminalları 59 faiz gücü ilə işləyir.

Yaranmış əlverişli şərtlər Avropada qazın qiymətinin 900 dollardan aşağı düşməsinə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR