İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamenti Gürcüstanla vizasız rejimi LƏĞV EDİR

Avropa Parlamenti səs çoxluğu ilə Avropa Komissiyasına “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanunun “Gürcüstanla vizasız sazişin meyarlarına uyğunluğunu yoxlamağı” tövsiyə edən qətnamə qəbul edib.

Aprelin 25-də 425 deputat Avropa Parlamentinin qətnaməsinin lehinə səs verib.

Musavat.com xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Qeyd olunub ki, 25 avropalı parlamentari buna qarşı çıxıb.

Sənəddə Avropa Komissiyasının vizasız rejimin mümkün ləğvi məsələsinə baxılması ilə bağlı tövsiyəsindən əlavə, Aİ-nin digər tövsiyələri də yer alıb.

Söhbət hakim “Gürcü arzusu” partiyasının təsisçisi, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqindən gedir.

Həmçinin, “Xarici təsirin şəffaflığı haqqında” qanun ləğv edilənə qədər ölkənin Aİ-yə tamhüquqlu üzvlüyü ilə bağlı Tiflis ilə danışıqların başlanmasına hazırlığın dayandırılması tövsiyə olunur.

Qətnamədə 2021-ci ilin oktyabrından həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələb olunur.

Qeyd edək ki, Şengen ölkələri ilə Gürcüstan arasında vizasız rejim haqqında saziş 2017-ci ilin yazında qüvvəyə minib. O vaxtdan bəri müxtəlif mənbələrə görə, 200 mindən 300 minədək Gürcüstan vətəndaşı iş axtarmaq üçün daimi yaşamaq üçün Aİ-yə köçüb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR