Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı öz təhlükəsizliyini təmin etmək üçün növbəti on il ərzində hərbi sənayeyə əlavə 500 milyard avro sərmayə qoymağa hazır olmalıdır.
Musavat.com Euractiv portalına istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən sammitdə deyib.
AK rəhbəri bu məbləğə Ukraynanın hərbi ehtiyaclarının ödənilməsi üçün xərclərin daxil olub-olmadığını dəqiqləşdirməyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bütün Avropa İttifaqı ölkələrinin ümumi hərbi xərcləri 240 milyard avro, hərbi sənaye kompleksinə qoyulan investisiyalar isə Aİ-nin müxtəlif ölkələrində bu məbləğin 5-15 faizini təşkil edir.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ