İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa çempionu olmuş futbolçu karyerasını bitirdi

İspaniya millisinin və İngiltərənin "Mançester Siti" komandasının sabiq futbolçusu Alvaro Neqredo karyerasını bitirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında video paylaşıb.

2012-ci ildə İspaniya millisi ilə Avropa çempionu olmuş A.Neqredo karyerası ərzində 716 rəsmi oyunda 269 qolla yadda qalıb.

Qeyd edək ki, Alvaro Neqredo karyerası ərzində "Mançester Siti" ilə yanaşı, ölkəsində "Real Madrid", "Sevilya", "Valensiya" və Türkiyədə "Beşiktaş" kimi tanınmış komandaların formasını geyinib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Mart 2025

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR