İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi indi də Ukrayna ilə bağlı danışıqlara girmək istəyir

Avropa İttifaqı Ukraynadakı vəziyyəti həll etmək danışıqlarda iştirak etməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən səslənib.

Onun sözlərinə görə, o bu mövzunu Vladimir Zelenski ilə müzakirə edib. "Əgər hər hansı danışıqlar olarsa, Aİ masa arxasında olmalıdır" deyə Kallas İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib. “Mümkün razılaşma və ya danışıqlar olsaydı, Avropa üçün də bəzi nəticələr aydın olardı”,-deyə o, qeyd edib.

Kallasa görə, Kiyevə yardım xeyriyyəçilik deyil, Avropa və qlobal təhlükəsizliyə qoyulan bir sərmayədir. “Mən hesab edirəm ki, Rusiyanın dondurulmuş dövlət aktivlərinin istifadəsi ilə bağlı müzakirələrə başlamaq lazımdır”, - deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR