İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Bankı faizləri azaltdı

Avropa Mərkəzi Bankı (AMB) bu gün keçirdiyi iclasda hər üç əsas faiz dərəcəsini 25 baza bəndi azaltmaq barədə qərar qəbul edib.

Musavat.com Bankın açıqlamasına istinadən xəbər verir ki, hazırda depozit dərəcəsi 3 faiz, əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) dərəcəsi 3,15 faiz, marja kreditləşmə dərəcəsi isə 3,4 faiz təşkil edir.

Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşür.

AMB bildirir ki, baza inflyasiya məlumatlarının əksəriyyəti inflyasiyanın dayanıqlı əsasda orta müddətli hədəf 2 faiz ətrafında sabitləşdiyini göstərir.
Pul siyasətinin yumşaldılması Avrozonada inflyasiyanın oktyabrda 2 faizdən noyabrda 2,3 faizə qədər sürətlənməsi fonunda baş verib. Bu sürətlənmə gözlənilən idi və aşağı müqayisəli baza ilə izah olunur, çünki bir il əvvəl enerji qiymətlərində kəskin azalma müşahidə olunurdu.

Tənzimləyici 2024-cü ildə avrozonada istehlak qiymətlərinin artım tempinin 2,4 faiz, 2025-ci ildə 2,1 faiz, 2026-cı ildə 1,9 faiz olacağını proqnozlaşdırır.

AMB Aİ ölkələrində iqtisadi artıma dair proqnozlarını azaldıb. Belə ki, 2025-ci il üçün gözləntilər 1,3 faizdən 1,1 faizə, 2026-cı il üçün 1,5 faizdən 1,4 faizə qədər endirilib. 2027-ci ildə isə ÜDM-in 1,3 faiz artacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR