İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa anbarlarında qaz ehtiyatları yenidən 90 milyard kubmetri ötüb

Avropa İttifaqının yeraltı anbarlarında qaz ehtiyatları yenidən 90 milyard kubmetri ötüb. Anbarlara qaz vurulma prosesi dekabrın sonu üçün tarixi minimuma çatan qaz götürülməsi tempini iki dəfə üstələməkdə davam edir. Temperaturun iqlim normasından yüksək olması regionda qaz istehlakının nəzərəçarpacaq dərəcədə azalmasına və qiymətlərin kəskin ucuzlaşmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, dekabrın 26-da Avropa İttifaqının anbarlarına 220,5 milyon kubmetr qaz vurulub və 2011-ci ildən bəri bu tarix üçün minimum miqdarda - 107,5 milyon kubmetr qaz götürülüb.

İsitmə mövsümünün başladığı noyabrın 14-dən indiyədək Avropa İttifaqı ölkələri anbarlardan 15,42 milyard kubmetr qaz götürüb. Hazırda Avropadakı qaz anbarlarının 83,21 faizi (90,05 milyard kubmetr) doludur. Bu, son beş ilin analoji dövrü üçün orta göstəricidən 11,9 faiz yüksəkdir.

Proqnozlara əsasən, dekabrın sonlarında Avropanın bir çox ölkəsində havanın temperaturu iqlim normasından yüksək olacaq. Həmçinin qarşıdan gələn Yeni il həftəsinin də isti keçəcəyi gözlənilir. Avropa İttifaqının elektrik enerjisi istehsalında külək generasiyasının payı artıq bir həftədir ki, 20 faiz ətrafında sabitləşib, dekabrın 25-də isə 31 faizə çatıb.

Bir müddət öncə Rusiyanın “Qazprom” kompaniyası Avropa ölkələrinin anbarlarında qazın səviyyəsinin yüksək olduğuna baxmayaraq, onlara payız-qış dövrünün etibarlı keçəcəyinə zəmanət vermədiyi barədə xəbərdarlıq edib. Belə ki, logistika və təchizatla bağlı dəyişikliklər səbəbindən qış aylarında Avropanın yeraltı qaz anbarlarına əvvəlki illərə nisbətən daha çox yük düşəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR