İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa anbarlarında ehtiyatların azalması qaz bazarında volatillik yaradacaq - IEA  


Mart ayında istilik mövsümünün sonunda Avropada yeraltı anbarlarda qalacağı gözlənilən aşağı ehtiyatlar bütün 2025-ci il üçün regionun qaz bazarında balansın pisləşməsinə səbəb olacaq.

Musavat.com xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarı ilə bağlı hesabatında əksini tapıb.

Hesabata görə, anbarlardakı doluluq səviyyəsi qışın qalan hissəsində qiymət volatilliyinin qarşısını almağa imkan verəcək həddədir. Lakin hər hansı mənbədən tədarükün dayanması, yaxud çox sərt havaların olması şəraitində mart ayının sonunda anbarlarda çox az ehtiyatların qalmasına gətirib çıxara bilər. Bu isə bütün il ərzində qiymətlərin volatilliyinə səbəb ola bilər.

2025-ci ilin əvvəlinə Aİ-nin yeraltı qaz anbarlarında qaz ehtiyatları 2024-cü ilin əvvəli ilə müqayisədə təxminən 14 milyard kubmetr aza olub.

Gas Infrastructure Europe-un məlumatlarına əsasən Avropada yeraltı anbarlardakı qaz ehtiyatları təxminən 60 faizə qədər azalıb, onlardan qaz götürülməsi sürəti ötən ilkindən 30 faizə qədər yüksəkdir. Buna baxmayaraq, yeraltı qaz anbarlarında qazın həcmi yanvar ayı üçün tarixdə dördüncü ən yüksək həcmdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR