İnsanlara hürriyət, millətlərə istiqlal!

Avro ölkələrində işsizlik səviyyəsi minimuma düşüb

Sentyabr ayında Avrozonada işsizlik 6,3 faiz təşkil edib.

Musavat.com Eurostat-a istinadən xəbər verir ki, bu, hesablamalar tarixində ən aşağı göstəricidir.

Trading Economics analitikləri keçən ay işsizliyin 6,4 faiz olacağını gözləyirdilər.

2023-cü ilin sentyabrında avrozonada işsizlik 6,6 faiz təşkil edib.

Bölgədə işsizlərin sayı ötən ay avqust ayı ilə müqayisədə 13 min nəfər artaraq 10 milyon 884 min nəfərə çatıb. Bu zaman gənclər arasında işsizlik (25 yaşdan kiçik əhali) bir ay əvvəl yenidən işlənmiş 14,3 faizdən 14,4 faizə yüksəlib.

Avrozonanın ən iri ölkələri arasında ən aşağı işsizlik səviyyəsi Almaniyada (3,5 faiz, bir ay əvvəl olduğu kimi), ən yüksək göstərici isə İspaniyada (11,2 faiz, 0,1 faiz bəndi azalaraq) qeydə alınıb.
Fransada sentyabrda işsizlik 0,1 faiz bəndi artıb və 7,6 faiz, İtaliyada isə dəyişməyərək 6,1 faiz təşkil edib.

Bütövlükdə Avropa İttifaqında işsizlik keçən ay avqustda olduğu kimi 5,9 faiz təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR