Onlayn ictimai-siyasi qəzet
Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində iştirak edib.
Musavat.com xəbər verir ki, Ermənistanın Avstriyadakı səfirliyin əməkdaşı iclasın əvvəlində növbədənkənar söz alaraq Kamal Cəfərovun tədbirdə icmanın nümayəndəsi kimi iştirakıma mane olmağa çalışıb və rəsmi İrəvandan gəldiyini iddia etdiyi etiraz məktubunu səsləndirib. Təxribat baş tutmadığı üçün demarş edib, iclas zalını tərk etdi.
Kamal Cəfərov etiraza cavab olaraq bildirib ki:”Biz bir daha bəyan edirik ki, bizim təşkilatın heç bir ərazi iddiası yoxdur. Bizim təşkilat QHT-dir və hər biriniz çox yaxşı bilirsiniz ki, QHT-nin təbiət etibarı ilə ərazi iddiası ola bilməz. Ermənistan nümayəndə heyətinin bu əsassız iddiaları isə onların avtoritar həyasızlığın növbəti nümunəsidir.
Əsrlər boyu bizi evimizdən deportasiya ediblər, bizə qarşı etnik təmizləmə həyata keçiriblər. İndi də burada bizim səsimizi kəsmək istəyirlər. Bu isə heç vaxt olmayacaq. Biz həmişə həqiqətləri ifadə edəcəyik, biz həmişə faktları deyəcəyik."
K.Cəfərov bildirib ki, erməni diplomat zalı tərk etsə də, koridorda gözləməyə davam edib, qapıdan tədbirə qulaq asıb.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ