İnsanlara hürriyət, millətlərə istiqlal!

Asya Aslanova reanimasiyaya yerləşdirildi - VƏZİYYƏTİ AĞIRDIR

Məşhur azərbaycanlı bloger Asya Aslanova ağır vəziyyətdə "Baku "Medical Plaza" xəstəxanasına yerləşdirilib. Bu barədə jurnalist, bloger Ramal İsayev sosial şəbəkədə məlumat verib.

O, Asyanın durumunun kritik olduğu bildirib.

Ramal İsayevin sözlərinə görə, dişini müalicə etdirən blogerin bədəninə infeksiya düşüb və sürətlə yayılıb:

"Diş həkimi müalicə zamanı yerli keyitmə əvəzinə, ümumi narkozdan istifadə edib. Dişində problem vardı. Bu zaman da dişindəki infeksiya narkoz borusu vasitəsilə bütün bədəninə yayılıb. Hazırda reanimasiyadadır, bilinci qapalıdır, vəziyyəti çox ağırdır. 48 saatlıq gözləmə zamanının 24 saatı geridə qalıb. Hər kəs hələ ki, gözləmə mövqeyindədir. Dualarımız onunladır". ("Azxəbər")

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR