İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ancaq BU AMİL Putini qərar verməyə məcbur edəcək" - Politoloq

Ukrayna prezidenti Vladimir Zelenski “Vaşinqton Post”a müsahibəsində deyib ki, sərhədləri ruslar üçün bir il müddətinə bağlamaq Rusiyaya ən önəmli sanksiya ola bilər.

Sitat: “Bu, Putinə təsir etməyin yeganə yoludur. Əhalisi onun qərarlarına təzyiq edəndə nəticə olacaq və müharibə bitəcək. Bunlar başa düşüləndir, çox sadədir. Söhbət puldan, qazdan, borudan, o cümlədən qışda almanların istiliyinin olmamasından getmir. Sadəcə bağlayın sərhədi və nəticəni görəcəksiniz”.

Musavat.com xəbər verir ki, Zelenskinin fikirlərinə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, sərhədlərin qapadılması Putini yolundan döndərməyəcək.

1553514748_1507876010_elxan.jpg (57 KB)

Elxan Şahinoğlu

"Fikrimcə, sərhədlərin qapadılması da Putini yolundan çəkindirməyəcək, həm də axı bütün ölkələr Rusiya vətəndaşları üçün sərhədlər qapatmayacaq. ABŞ və Avropa ölkələrinin tamamı Rusiya vətəndaşları üçün sərhədləri qapatsa belə, ruslar yayda Türkiyəyə, Misirə, Dubaya, Çin və digər Asiya ölkələrdəki turizm məkanlarına gedəcəklər. Əlbəttə, Avropa ölkələrinin qapılarının bağlanması yüksək gəliri olan ruslar üçün zərbə olacaq. Ancaq onlar bu məyusluqlarına görə Putinə təzyiq edib Ukraynaya qarşı işğalçı müharibəni dayandaracaq qədər Kreml sahibinə müqavimət göstərməyəcəklər. Rusiya-Ukrayna müharibəsi tərəflərdən birinin resurslarının tükənməsinə qədər davam edəcək. Ancaq bu amil Putini qərar verməyə məcbur edəcək", - Elxan Şahinoğlu bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR