İnsanlara hürriyət, millətlərə istiqlal!

Anatoli Çubays İsrail vətəndaşlığı alıb - Kreml məmurlarının yeni sığınacaq yeri?

Ukrayna savaşı başladıqdan sonra Rusiyanı tərk edən Anatoli Çubays İsrailə getdikcə daha çox səfər etməyə başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o və həyat yoldaşı hələ bu ilin yazında İsrail vətəndaşlığını alıb. Bu da onlara Avropada vizasız səyahət etmək və yaşamaq hüququ verir.

Qeyd edək ki, İnternetdə “Rosnano”nun keçmiş rəhbəri Təl-Əvivdəki fotosu yayılıb. “Yalnız belə Napoleon görünüşünə malik Çubayslar 2022-ci ilin dekabrında Tel-Əviv kafesində otura bilər. Şəxsi zənginləşmə mənasında o, şübhəsiz ki, hər şeydən razıdır "-deyə politoloq Fyodor Kraşeninnikov öz telegram-kanalında fotoya şərh verib.

Xatırladaq ki, Anatoli Çübays müharibənin ilk vaxtlarında, daha doğrusu, mart aynda heç bir izahat vermədən prezidentin xüsusi nümayəndəsi vəzifəsini tərk etmişdi. Onun həmin dövrlərdə Türkiyə, İtaliya və Kiprdə olduğu bildirilir. May ayında o, həyat yoldaşı Dunya Smirnova ilə İsraildə görüntülənib. Yaxın dostu keçmiş məmurun İsraildə “aliya proseduru”ndan (yəhdui mənşəli olmasına görə-red.) İsrail vətəndaşlığını aldığını söyləyib.

Çubaysin yəhudi kökləri çoxdan məlumdur. İsrail qəzetlərinin yazdığına görə, onun anası Raisa Yefimovna Seqal oğluna həmişə yəhudilərə sevgini aşılayıb.

Maraqlıdır ki, Hesablama Palatasının keçmiş sədri, hazırda “Yandex” portalına rəhbər vəzifəsinə gətirilən Aleksey Kudrin də bu ilin yazında iki dəfə İsrailə səfər edib. Oktyabr ayında isə Peskovun həyat yoldaşı Tatyana Navkanı da İsrail sahillərində görüblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR