Onlayn ictimai-siyasi qəzet
İspaniyada bir qadın, körpəsini sonsuzluq problemi yaşayan bir cütlüyə 2 min avro qarşılığında satdıqdan sonra peşman olub onu geri almağa çalışdığı üçün həbs edilib. Bildirilib ki, körpəni satın alan cütlük də saxlanılıb.
İspaniya polisi 37 yaşlı qadının mart ayında Madridin kənar ərazilərində yerləşən Mostoles şəhərində həbs olunduğunu, körpəni alan cütlüyün və onların iki qohumunun isə ölkənin cənubundakı Kordoba şəhərində saxlanıldığını açıqlayıb.
Aparılan ilkin istintaq zamanı müəyyən olunub ki, ana yeni doğulmuş körpəsini 2 min avro müqabilində cütlüyə satıb. Lakin daha sonra övladını satdığına görə peşman olub və onu geri almaq istəyib.
Məlumata görə, cütlük, qadının nə körpənin satış məbləğini, nə də Kordobada bir ay ərzində qaldıqları müddətdə çəkilən əlavə min avro xərci geri ödəmədiyi üçün körpəni qaytarmaqdan imtina edib. Biyoloji ana körpəsini orada dünyaya gətirmək üçün alıcıların yaşadığı şəhərə yollanıb.
İstintaq zamanı məlum olub ki, artıq 6 uşağı olan qadının 2022-ci ildə sosial xidmət orqanlarının "laqeyd münasibət" hesabatından sonra digər uşaqlarının qəyyumluğu əlindən alınıb. Hadisə qadının Kordobadakı bir ailənin körpəsini "qaçırdığı" barədə şikayət etməsi ilə üzə çıxıb.
Hazırda körpənin qayğısı Kordobada yerləşən uşaq müdafiə mərkəzinə tapşırılıb./Yenisabah.az
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ