İnsanlara hürriyət, millətlərə istiqlal!

Almanların əksəriyyəti kansler Olaf Şoltsdan narazıdır, yerinə gələcək adam da bəllidir...

Almaniya vətəndaşlarının əksəriyyəti kansler Olaf Şoltsun vəzifəyə gəldiyi 2021-ci ildən bəri ilk dəfə onun rəhbərliyindən narazıdır.

Musavat.com xarici agentliklər istinadən xəbər verir ki, ictimai yayım şirkəti ZDF-nin sifarişi ilə keçirilən sorğuda respondentlərin 51%-i kanslerin işindən narazı olduqlarını bildirib.

Respondentlərin yalnız 43%-i Şoltsun mərkəz sol Sosial Demokrat Partiyası, liberal Azad Demokratik Partiyası və Yaşıllar arasında koalisiyaya rəhbərliyindən razı qaldıqlarını, 6%-i isə qərarsız olduğunu bildirib.

Çərşənbə günü Şolts hökuməti korporativ vergiləri azaltmaqla bağlı qərar qəbul edə bilməyib. Buna koalisiyanın digər ortağı Yaşıllar mane olub. Sonuncular kanslerdən uşaq pullarının artırılmasını tələb edir.
Sorğunun nəticələrinə baxmayaraq, Şoltz Almaniyada bir neçə aydır ikinci ən populyar siyasətçi olaraq qalır. Birinci yerdə isə müdafiə naziri Boris Pistorius gəlir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR