İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinənlər saxlanılıblar

Almaniyada avtomobildən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Bu barədə Köln polisinin nümayəndəsi məlumat yayıb.

Xatırladaq ki, dekabrın 24-də Köln, Vyana və Madriddə terror aktları planlaşdırmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. İndi məlum olub ki, o, terror hücumlarını təklikdə planlaşdırmayıb.

Potensial hədəflərdən biri kimi Kölnün simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri olan Köln Kafedrali seçilib. Belə ki o, dünyanın ən hündür üç kilsəsindən biridir və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR