İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada Bundestaq işçilərinin 15%-ni ixtisar etmək çağırışı

Almaniyada Bundestaq işçilərinin sayını 15% həcmində azaltmağa dair çağırış edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu təşəbbüsü Xristian Demokrat İttifaqı partiyasının baş katibi Karsten Linneman irəli sürüb.

“Kiçik bir misal: seçki islahatları ilə əlaqədar olaraq Bundestaqda deputatların sayı 733-dən 630-a endiriləcək. Bundestaqın administrasiyası eyni zamanda, parlamentdə olduğu kimi, 3 min işçini, ümumi kadr bazasının 15 faizini ixtisar etməlidir”, - Linnemann jurnalistlərə bildirib.

Bu cür mülahizə və ideyaların səbəbi qənaətdir. Almaniyanın büdcəsi enerji qiymətlərinin böyük bahalaşmasından, Rusiya-Ukrayna müharibəsində ikinciyə yardım göstərməsindən, Ukraynadan və digər ölkələrdən axışıb gələn qaçqınlara mütəmadi olaraq müavinətlər ödənilməsindən və digər xərclərdən sonra çox zəifləyib. XDİ liderininn fikrincə, Almaniya hökuməti indi pula qənaət etməyin hər hansı bir yolunu axtarmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR