İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya “Şimal axın”larını əvəz edəcək kəmərin tikintisinə başlayır

Almaniyanın Ştralzund şəhər hakimiyyəti GASCADE qaz nəqli şirkətinə Baltik dənizində yaradılacaq maye qaz terminalını yerüstü qaz təchizatı şəbəkəsi ilə birləşdirəcək QAL adlı boru xəttinin tikintisinə icazə verib.

Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, uzunluğu 50 kilometrə yaxın olan boru xətti Ryugen adası yaxınlığında tikilməkdə olan LNG terminalını Lubmin şəhəri yaxınlığındakı bölüşdürücü terminalla birləşdirəcək. Rusiyadan “Şimal axını” kəməri ilə nəql olunan qaz məhz bu terminaldan bölüşdürülürdü.

GASCADE ilin sonunadək boru xəttinin tikintisini tamamilə yekunlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, bu qərar Almaniyan hökumətinin artıq ötən ilin payızında partladılaraq sıradan çıxarılan “Şimal axını” kəmərlərinin fəaliyyətinin bərpa olunmayacağına əmin olduğunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR