Onlayn ictimai-siyasi qəzet
"Almaniya yaxın beş il ərzində Rusiya ilə birbaşa hərbi münaqişəyə hazır olmalıdır".
Bunu Bundesverin Hamburqdakı regional komandanlığının rəhbəri Maykl Qiss "Welt"ə müsahibəsində deyib.
Qiss qeyd edib ki, onun hərbi təcrübəsi Almaniyanın müdafiə qabiliyyətini gücləndirmək üçün təcili tədbirlər görməli olduğunu deməyə əsas verir.
O vurğulayıb ki, bütün ölkə, o cümlədən siyasətçilər, hərbçilər, biznes və vətəndaş cəmiyyəti təhlükənin ciddiliyini anlamalı və mümkün müharibəyə hazırlaşmaqda iştirak etməlidir.
Bundesver komandanı qeyd edib ki, ölkədəki sosial sabitlik xarici təcavüzə qarşı uğurlu mübarizəni təmin edən əsas amillərdən biridir.//Oxu.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ