Onlayn ictimai-siyasi qəzet
Tanınmış aktyor Kamran Ağabalayev oğlu Müslim Ağabalayevin 20 yaşını sosial şəbəkədə paylaşım edərək qeyd edib.
Musavat.com xəbər verir ki, sənətçi oğluna olan sevgisini və fəxarətini gizlətməyərək onun fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşımda Kamran Ağabalayev bu sözləri yazıb:
“Allah 20 yaşı indi tamam olan bir oğulun atası olmağı qismət elədi. Şükürlər olsun!”
Aktyorun bu paylaşımı qısa zamanda sosial şəbəkə izləyiciləri arasında maraqla qarşılanıb. İzləyicilər Kamrana xoş arzular ünvanlayaraq, oğluna sağlam və uğurlu ömür arzulayıblar.
Qeyd edək ki, Kamran Ağabalayevin iki oğlu var: Müslim və Əli. Onlardan böyük olan Müslim idmanla peşəkar səviyyədə məşğuldur. Gənc olmasına baxmayaraq, o, ölkə daxilində və xaricində bir sıra turnirlərdə iştirak edib və mükafatlar qazanıb.
Könül
Musavat.com
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ