Onlayn ictimai-siyasi qəzet
Biz formal deyil, tam sülhə meylliyik.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bəzəkli sözlərin müəllifi Ermənistan parlamentinin sədri Alen Simonyandır.
Simonyan daha sonra Azərbaycana qarşı böhtan dolu bəyanat da səsləndirib.
“Azərbaycan tərəfi revanşizmdən danışır, lakin ən böyük revanşizm onların indi etdikləridir. Onlar Ermənistana nə isə sırımağa çalışırlar. Beləliklə, bu gün erməni xalqında olmayan (?!-red) revanşizmi aşılayırlar,” – deyə Simonyan qeyd edib.
Simonyan sülh sazişi ilə bağlı mübahisəli məqamların olduğunu da söyləyib.
“Qeyd etdiyimiz bir neçə məqam var. Məsələn, biz dəhlizdən danışdıq ki, bu, bizim üçün qırmızı xəttdir,” – deyə erməni spiker qeyd edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ