İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktyor Azər Baxşəliyev: Böyrək problemim var, donor tapılsa... - VİDEO

“Evli birinə vurulursan. Başa düşürsən ki, bu insanın ailəsi var. Amma yenə də onu sevirsən. Ürəyə deyə bilməzsən ki, sevmə, o ailəlidir. Ağıl da deyir ki, bu ona, onun ailəsinə qarşı düzgün deyil”.

Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində sevgi ilə bağlı sualı cavablandırarkən aktyor Azər Baxşəliyev deyib.

“Ağıla daha çox inanırsansa, ürək uduza da bilər. Amma çox sevirsənsə, heç düşünmürsən. Deyirsən ki, sevirəm, evli də olsa, başqa ölkədə də yaşasa, axıra qədər gedəcəyəm”, - deyə o əlavə edib.

Aktyor ağır xəstəlik keçirdiyi dövrdən danışarkən qeyd edib ki, yenidən böyrək nəqli əməliyyatı olunmalıdır:

“2020-ci ildə xəstəliyim ağırlaşdı. Böyrəklərimin hər ikisi sıradan çıxdı. Hamını anası bir dəfə dünyaya gətirir, məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Əməliyyatdan dörd il keçib, amma yenə də böyrək problemim var. Donor tapılsa, yaxın aylarda mənə yenidən böyrək köçürüləcək”.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR