Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur "Sihirli Annem" serialının "Betüş pərisi", 2000-ci illərin unudulmaz siması İnci Türkay 2017-ci ildə aktrisalığı ataraq Londona köçmək qərarının arxasındakı faktları ilk dəfə açıqlayıb.
Musavat.com xəbər verir ki, oğlunun təhsili üçün xaricə köçdüyü iddia edilən Türkay indiyə qədər bu mövzuda susmağa üstünlük verib. Lakin məşhur aktrisa bu qərarının arxasındakı həqiqəti ilk dəfə qatıldığı proqramda açıqlayıb və maraqlı sualları cavablandırıb.
İnci Londona getməsinin ani və çətin bir qərar olduğunu izah edib:
"Çox mübarizə apardım. Məncə, həyat eyni yerdə yaşamaq, eyni işi görmək, eyni yeməyi yemək, hətta eyni insanlarla tanış olmaq üçün çox qısadır. Həyatda çox kəskin dönüşlər olur, hətta dövlət teatrından da istefa vermişəm. İçəri girmək çox çətin olsa da, dərhal istefa verdim. Bir gün dedim ki, “yaxşı, vaxtıdır”.
Gözəl aktrisa fikirlərinə belə davam edib:
"Burada çox yaxşı işlər görmüşəm. 1999-cu ildə dil öyrənməyə getdim və İngiltərədə bir ailənin yanında qaldım. Davamlı olaraq "get, get" deyirdim. Əlini (oğlu) də düşündüm, o böyüyəndə ona verə bilmədiyim şansı verə bilərdim... Orada məni yaxtalar gözləmirdi. Bu, dəlilikdir, amma indi baş versəydi, qapıdan çıxa bilməzdim."
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ