İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisa sevgilisini döydüyünə görə həbs edildi

Aktrisa və Disney televiziyasının ulduzu Skay Cekson məişət zorakılığına görə həbs edilib.

Bu barədə TMZ məlumat yayıb.

Disneyin "Jessie" və "Summer Camp" şoularında uşaq rolları ilə tanınan aktrisa Hollivudda partnyoru ilə mübahisə etdiyini görən əyləncə kompleksinin mühafizəsi tərəfindən saxlanılıb. Mühafizəçilərin dediyinə görə, aktrisa kişini bir neçə dəfə vurub. O, hüquq-mühafizə orqanları gələnə qədər saxlanılıb.

Cütlük polisə xoşbəxt olduqlarını, nişanlandıqlarını və uşaq gözlədiklərini desələr də, kamera görüntüləri kişinin döyüldüyünü təsdiqləyib. Cekson həbs olunub, ittiham irəli sürülüb və bir neçə saat sonra sərbəst buraxılıb.

Ceksonun işinə Los-Anceles Dairə Prokurorluğu tərəfindən baxılacaq.//Qaynarinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR