Onlayn ictimai-siyasi qəzet
2007-ci il təvəllüdlü gənc Türkiyədən Naxçıvana tapança patronu gətirən zaman saxlanılıb. O, həmin patronu 50 türk lirəsinə aldığını, aksesuar kimi saxladığını deyib.
Musavat.com xəbər verir ki, 18 yaşlı Toğrul Axundov Naxçıvan Hava Limanında saxlanılıb. Onun çantasından patron aşkar edilib. Toğrula qarşı qanunsuz olaraq odlu silah saxlamaq ittihamı irəli sürülüb.
Toğrul deyib ki, 2023-cü ildə ailəsi ilə birlikdə işləmək üçün Türkiyəyə gedib.
Avtomobilyuma yerində işləyən Toğrul orada Suriya vətəndaşı Abdülrəhman adlı şəxslə tanış olub. Onlar birlikdə işləyiblər. Həmin tapança patronunu Abdülrəhmanda görüb və aksesuar kimi saxlamaq üçün ondan istəyib. Abdülrəhman həmin patronu ona 50 türk lirəsi qarşılığında satıb.
Toğrul ailəsi ilə Türkiyədən Naxçıvana qayıdıb. Oradan Bakıya uçmaq istəyərkən hava limanında saxlanılıb və çantasından patron aşkar edilib.
Məhkəmənin hökmü ilə Toğrul barəsində 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İ.Muradov,
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ