İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdaşda səyyar şəkildə pirotexniki vasitələr satan şəxs saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, Ayaz Həsənov istifadəsində olan “Mercedes” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan təxmini 4 min manat dəyərində külli miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr aşkarlanıb.

Ayaz Həsənov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR